Uşaq Birliklərinin Strateji İnkişaf Planı hazırlanır
Cəmiyyətdə ən çox müşahidə edilən mənfi tendensiyalardan biri də uşaq hüquqlarının pozulmasıdır. Bu gün uşaq hüquqlarının pozulması hallarına dünyanın hər bir yerində rast gəlinir.
29 İyul 2016 13:31 SosialCəmiyyətdə ən çox müşahidə edilən mənfi tendensiyalardan biri də uşaq hüquqlarının pozulmasıdır. Bu gün uşaq hüquqlarının pozulması hallarına dünyanın hər bir yerində rast gəlinir. Uşaqlar məcburi əməyə cəlb olunur, onlar təhsil hüququndan məhrum edilir, bəzən isə cinsi istismara belə məruz qalır. Elə bu səbəbdəndir ki, son illərdə uşaq hüquqlarının qorunmasına diqqət daha da artıb. Azərbaycanda da bu məsələ günümüzdə öz aktuallığını qoruyur. Dövlətlə yanaşı qeyri-hökumət təşkilatları uşaq hüquqlarının qorunması, onların hüquqlarının müdafiə edilməsi istiqamətində səmərəli işlər görür. Elə "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyinin də əsas fəaliyyət istiqamətləri uşaq hüquqlarının müdafiəsinə yönəlib. Fəaliyyət müddətində İctimai Birlik bu istiqamətdə bir sıra tədbirlər, layihələr həyata keçirib.
Bu günlərdə isə "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Uşaq hüquqlarının pozulmasının qarşısının alınması" layihəsinin icrasını başa çatdırıb. İctimia Birliyin sədri Nazir Quliyev deyib ki, layihənin əsas məqsədi məktəb uşaq birliklərinin və psixoloqların rolunu artırılmaqla uşaq hüquqlarının pozulmasının qarşısının alınmasına və zorakılığa məruz qalmış uşaqların problemlərinin həllinə dəstək göstərilməsi işini gücləndirmək təşkil edirdi: Bu məqsədlə bir sıra tədbirlər keçirildi. Bakı şəhərinin 83, 100, 102, 111, 5, 19, 21, 39, 45, 18, 173, 158 saylı orta məktəblərində 800-dən çox uşağın iştirak ilə seminarlar keçirildi. Seminarlarda qeyd edilib ki, layihənin əsas məqsədi məktəb uşaq birliklərinin və psixoloqların rolunu artırılmaqla uşaq hüquqlarının pozulmasının qarşısının alınmasına və zorakılığa məruz qalmış uşaqların problemlərinin həllinə dəstək göstərilməsi işini gücləndirməkdir". Seminarlarda Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev, əməkdaşlar Anara Xəlilova və İlahə Əfqanlı iştirak edib və uşaq hüquqlarının təbliğində və müdafiəsində Ombudsmanın həyata keçirdiyi fəaliyyətlərlə bağlı iştirakçıları məlumatlandırıblar. Eyni zamanda Ombudsmanın 916 Qaynar Xətt Xidməti ilə bağlı uşaqlara geniş məlumat veriblər. Seminarlarda çıxış edən məktəb direktorları, məktəb psixoloqları və məktəb uşaq birliklərinin rəhbərləri məktəbdə uşaqların hüquqi maarifləndirilməsi, onların hüquqlarının müdafiəsi və müraciət etmə mexanizmləri ilə bağlı öz təcrübələrini bölüşüblər. Daha sonra layihə komandasının və ekspertlərin iştirakı ilə mövzu üzrə müzakirələr keçirilmiş, uşaq hüquqları ilə bağlı beynəlxlaq və milli sənədlər, uşaq hüquqlarının pozulması formaları, onların müdafiəsi, uşaqlara qarşı zorakılıq, uşaqların müraciət etmə mexanizmi və digər mövzular müzakirələr keçirilmiş və uşaqların sualları cavablandırılıb. Uşaqlar mövzu ilə bağlı qrup müzakirələri keçirmiş və təqdimatlar edib. Nazir Quliyev deyib ki, növbəti fəaiyyət kimi orta məktəblərin uşaq birlikərinin rəhbərlərinin və psixoloqlarının iştirakı ilə 3 günlük təlimlər keçirilib: "Təlimdə uşaq hüquqları ilə bağlı milli və beynalxalq qanunvericilik, uşaqların hüquqlarının qorunması yolları, uşaqların zorakılıqdan müdafiəsi, zorakılığa məruz qalan uşaqların sosial reabilitasiyası və onların valideynləri ilə iş məsələləri geniş müzakirə edilib. Təlimdə 12 orta məktəbdən 23 nəfər iştirak edib. İştirakçılar qrup müzakirələrində zorakılığa məruz qalmış, hüquq pozuntusu törətmiş, erkən nikahların qurbanı olmuş və təhsildən yayınmış uşaqlarla bağlı müzakirələr etmiş və təqdimatlar ediblər. Təlimdə Uşaq Birliklərinin Strateji İnkişaf Planı Sənədi müzakirə olunub və təkliflər hazırlanıb. Eyni zamanda Psixoloji Xidmət haqqında Qanunda nəzərdə tutulmalı məsələlər və hazırlanmış təkliflər müzakirə edilib. İştirakçıların Narınc Uşaq Psixologiya Mərkəzinə səfəri təşkil edilmiş və praktik fəaliyyətlərlə yaxından tanış olublar. Layihə psixoloqunun və məktəb psixoloqlarının iştirakı ilə məktəblərdə uşaqlar üçün psixoloji qəbul günləri təşkil edilib və 50-dən çox uşaqların fərdi qəbulu həyata keçirilib. Ehtiyacı olan uşaqlar üçün Fərdi İnkişaf Planı hazırlanmış və onun icrasında layihə psixoloqu məktəb psixoloqları və uşaq birliklərinin rəhbəri ilə sıx əməkdaşlıq edib. Eyni zamanda valideynlərlə iş aparılmış və uşaqların psixoloji durumunun inkişafında onlarla davamlı əməkdaşlıq edilmişdir. Eyni zamanda uşaq və ailələrə hüquqi məsləhətlər verilmiş və zəruri hüquqi dəstəkdə göstərilib.
Uşaq Birliklərinin Strateji İnkişaf Planı hazırlanır
Cəmiyyətdə ən çox müşahidə edilən mənfi tendensiyalardan biri də uşaq hüquqlarının pozulmasıdır. Bu gün uşaq hüquqlarının pozulması hallarına dünyanın hər bir yerində rast gəlinir. Uşaqlar məcburi əməyə cəlb olunur, onlar təhsil hüququndan məhrum edilir, bəzən isə cinsi istismara belə məruz qalır. Elə bu səbəbdəndir ki, son illərdə uşaq hüquqlarının qorunmasına diqqət daha da artıb. Azərbaycanda da bu məsələ günümüzdə öz aktuallığını qoruyur. Dövlətlə yanaşı qeyri-hökumət təşkilatları uşaq hüquqlarının qorunması, onların hüquqlarının müdafiə edilməsi istiqamətində səmərəli işlər görür. Elə "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyinin də əsas fəaliyyət istiqamətləri uşaq hüquqlarının müdafiəsinə yönəlib. Fəaliyyət müddətində İctimai Birlik bu istiqamətdə bir sıra tədbirlər, layihələr həyata keçirib.

Süleyman