Qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən Sərdar Şahverdiyev, Alıbəy Rzaxanov və Tamerlan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
15 İyul 2016 18:16 SosialBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz ət satışı ilə məşğul olmaqda təqsirləndirilən Sərdar Şahverdiyev, Alıbəy Rzaxanov və Tamerlan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər irəli sürülən ittihamla özlərini təsirli bilməyiblər.
Məhkəmə prosesi iyulun 26-da davam etdiriləcək.
Xatırladaq ki, Sərdar Şahverdiyev, Alıbəy Rzaxanov və Tamerlan Abdullayev Cinayət Məcəlləsinin 200.2-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə ittiham olunurlar.