Ağdaş və Oğuz rayonlarının 3 kəndinə təbii qaz verilib
İyulun 15-də Ağdaş rayonunun Pirkəkə, Oğuz rayonun Xaçmaz və Sincan kəndlərinə təbii qaz verilib.
15 İyul 2016 16:33 Sosialİyulun 15-də Ağdaş rayonunun Pirkəkə, Oğuz rayonun Xaçmaz və Sincan kəndlərinə təbii qaz verilib. "OLAYLAR"-ın xəbərinə görə, Ağdaş rayonunun 225 abonenti olan Pirkəkə kəndinin birpilləli sistem əsasında yenidən qazlaşdırılması üçün ümumi uzunluğu 17736 metr olan müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent sayğac və fərdi tənzimləyici ilə təchiz edilib. Oğuz rayonun 1359 abonenti olan Xaçmaz kəndinin ilk dəfə qazlaşdırılması üçün
birpilləli sistem əsasında 135 kilometr uzunluğunda polietilen və metal borularla qaz xətləri çəkilib, 1359 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Rayonun 391 abonenti olan Sincan kəndinə də ilk dəfə təbii qaz verilib. Bu məqsədlə 42 kilometrə yaxın qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.