Röyanın keçmiş əri döyülməsi xəbərindən danışdı

Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov döyülməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib. 

Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov döyülməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib. 

Məlumata görə, o, sosial şəbəkədə fotosunu paylaşaraq, salamat olduğunu vurğulayıb. 

A.Cəlilov "Bütün yazılanlara və təxribatlara inanmayın" şərhini yazıb.

Qeyd edək ki, A.Cəlilov eyni zamanda atv.az saytına açıqlama verərək, sağ-salamat olduğunu deyib:
 
"Bilmirəm ki, bu yazıları yazan, bu süjetləri verən KİV-lər nə məqsəd güdür? Ən azından mənimlə əlaqə saxlayıb xəbəri dəqiqləşdirə bilərdilər. Lakin heç kəs bunu etmədi, mən də öz növbəmdə məcbur olub sosial şəbəkələrdə şəkilimi paylaşdım ki, dostlarım, qohumlarım nigaran qalmasın. Sağ-salamatam. Bilnmirəm ki, məni "döymək" kimə lazım idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00