Sabunçuda yerüstü piyada keçidi tikilir

Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirtilib ki, bu tədbirlər çərçivəsində Bakı şəhərində bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası nəzərdə tutulub.

Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə "Azəravtoyol" ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirtilib ki, bu tədbirlər çərçivəsində Bakı şəhərində bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası nəzərdə tutulub. Artıq Sabunçu rayonu Şəhər şossesində, daha dəqiqi "Sabunçu körpüsü"ndən Zabrat qəsəbəsinə doğru düşən hissədə yerüstü piyada keçidinin inşasına start verilib. Yerüstü piyada keçidi metal konstruksiyalı olacaq. Keçid 2 çıxışlı, 2 aşırımlı ( orta dayaqlı ) və üstü bağlı olacaq. Burda fiziki qüsurli insanların hərəkəti üçün xüsusi panduslar quraşdırılacaq.

Sözügedən keçidin uzunluğu 42,3 metr, pilləkənlərin uzunluğu 32,7 metr olmaqla qalereyasının uzunluğu 75 metr olacaq. Layihə çərçivəsində keçidin qalereyasının eni 4 metr, hündürlüyü 3.6 metr, yol səthindən hündürlüyünün isə 5.5 metr olması nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00