Uşaqlarda davranış pozuntusu

Hazırda uşaqlar arsında ən çox rast gəlinən preoblemlərdən biri də davranış pozuntusu və kaprizlərdir.

Bu problemə səbəb olan amillər hansılardır?

Hazırda uşaqlar arsında ən çox rast gəlinən preoblemlərdən biri də davranış pozuntusu və kaprizlərdir. Demək olar hər 10 uşaqdan 7-sində bu problemə rast gəlinir. Əksər hallarda davranış pozuntusunu aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqlarla qarışdırırlar. Ancaq burada olan əsas fərq, aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqların mənimsənilməməsi tərbiyə qüsurudur, davranış pozuntusu isə psixi və fiziki inkişafda yaranan narahatlıqların davranışda göstəricisidi. Psixoloq Fəridə Həsənova deyir ki, klassik davranış pozuntusu özünü bir neçə istiqamətdə göstərir. Bura uzun müddət davam edən aqressiv davranışlar, yalanlar yaxud hadisənin şişirdilməsi, təcavüzkar davranışlar, uyğunsuz ifadələrin işlədilməsi və.s, altını islatma, dırnaq yemə və barmaq əmmə, əsassız qorxular, iştahasızlıq, yuxu problemləri (gec yuxuya getmə,yuxudan qəfil oyanma,yuxuda danışma və.s.), kaprizlər, aşırı hərəkətlilik daxildir. Psixoloqun sözlərinə görə, davranış pozuntusu bir neçə səbəbdən yaranır: "Birincisi, diqqət çəkmək istəyi. Uşaqlar həmişə diqqət mərkəzində olmaq istəyərlər və ailədən lazımi diqqəti almayan uşaq həmin diqqəti üzərinə çəkmək üçün mənfi yollara əl atır. Məsələn, əlinə keçən hər şeyi yerə atır, aqressiv davranır, ondan nəyisə alanda durmadan qışqırır və .s. İkincisi, özünü təsdiqlətmək istəyi. Bəzən valideynlər uşaqlarını ya çox sıxır, çox qadağa qoyur, ya da onları aşırı qoruyur hətta uşağın işini onun yerinə yetirirlər. Hər iki halda uşaqlarda özlərini, öz bacarıqlarını təsdiqlətmək istəyi ortaya çıxır. Bunun əsas səbəbi uşaqlarda fəaliyyətsizliyin və diqqətsizliyin ortaya çıxardığı pozuntudur. Belə ki, valideynlər uşaqları üçün xeyirli bir şey etdiklərini düşünürlər, ancaq, əslində bu uşaqda davranış pozuntusunu ortaya çıxarır. Üçüncüsü, valideynlərdən intiqam almaq istəyi. Bu əsasən diktator tipli ailələrdə meydana çıxan davranış qaydasıdır. Belə ki, valideyn uşağın istək və arzularını nəzərə almır və uşağa yetərincə sevgi və diqqət vermir. Belə halda uşaqda bir növ valideyindən intiqam almaq istəyi formalaşır və onda yuxarıda sadalanan davranışlar ortaya çıxmağa başlayır. Nəhayət, dördüncüsü, özünü xatırlatma---Bu ən çox mühavizəkar ailə tipində böyüyən uşaqlarda görünür. Belə ailələrdə valideyn uşağı həddsiz çox qoruyur. Hətta, onun məsuliyyətinə daxil olan işləri də valideynlər yerinə yetirir və bunun uşağı üçün xeyirli olduğunu düşünür. Belə halda, uşağın şəxsiyyət inkişafı da ləngiyir. Çünki, psixi inkişafın əsası odur ki, şəxsiyyət fəaliyyət zamanı inkişaf edər. Şəxsiyyət tam formalaşmadıqda isə uşaqda özgüvən aşağı olur. Özgüvən aşağı olduqda isə uşaq mənfi davranışla diqqət çəkməyə başlayır. Şüuraltı bir növ "Özünü ailəyə xatırlatmağa çalışır". Bəs belə uşaqlarla necə davranmaq lazımdır? Fəridə Həsənova qeyd edir ki, ilk növbədə uşağa zaman ayırmaq, onun maraqları və istəkləri ilə maraqlanmaq lazımdır: "Onun xoşladığı tərzdə oyunlar oynamaq (macəra, axtarış və....). Həmçinin uşağa sevgi göstərilməlidir. Uşağa qətiyyən aqressiya göstərmək olmaz. Hər bir şey haqqında uşağın fikrini soruşmaq məsləhətdir. Eyni zamanda uşağa özgüvən verilməlidir. Onun yerinə yeitrdiyi hər xırda yaxşı işi belə təriflənməlidir. Daha da yaxşı davranması üçün cəsarətləndirilməlidir. Ona güvədiynizi və onu təmənnasız sevdiyinizi bildirin. Ona görə hər şeydən öncə öz davranış və müraciət formalarınıza diqqət yetirin".

Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00