Paytaxtda rəssamların açıq havada satış-sərgi ənənəsi bərpa olunur
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə bu ilin iyun ayından paytaxtın Fəvvarələr meydanının yaxınlığında (Nizami küçəsi 73) açıq havada rəssamların əsərlərindən ibarət satış-sərgi fəaliyyət göstərir.
15 İyul 2016 13:12 SosialMədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə bu ilin iyun ayından paytaxtın Fəvvarələr meydanının yaxınlığında (Nizami küçəsi 73) açıq havada rəssamların əsərlərindən ibarət satış-sərgi fəaliyyət göstərir. Bu barədə məlumat "OLAYLAR"-a nazirliyin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, bir vaxtlar "pasaj" kimi tanınan bu məkan nəinki bakılıların, eləcə də xarici qonaqların çox sevdiyi yer olub. Bu ərazidə ilin bütün fəsillərində suvenirlər, bəzək əşyaları, rəsm əsərləri, müxtəlif dillərdə kitablar satılırdı. Köhnə yaxşı ənənənin bərpa edilməsi hər zaman xoş ovqat yaradır.