Azərbaycanın turizm potensialı Körfəz ölkələrində təbliğ olunur

Azərbaycanın Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin ilk xarici turizm təmsilçiliyi 2011-ci ildə BƏƏ-nin Dubay Əmirliyində fəaliyyətə başlayıb. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Körfəz ölkələrində Azərbaycan turizmini hazırda “Atlantis Holidays” şirkəti təmsil edir.

Azərbaycanın Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin ilk xarici turizm təmsilçiliyi 2011-ci ildə BƏƏ-nin Dubay Əmirliyində fəaliyyətə başlayıb. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Körfəz ölkələrində Azərbaycan turizmini hazırda "Atlantis Holidays" şirkəti təmsil edir. Təmsilçilik yaradıldığı ilk gündən missiyasının öhdəsindən uğurla gəlib, Azərbaycanın mədəniyyətini, mətbəxini, tarixi-mədəni irsini və müxtəlifliyini düzgün təbliğ etməklə ərəb xalqları və vətəndaşları arasında ölkəmizi əsas turizm istiqamətlərindən biri kimi önə çıxarıb. Son 5 il ərzində Azərbaycanı Körfəz ölkələrindən olan turistlərin üz tutduğu əsas istiqamətlərdən birinə çevirmək üçün çoxsaylı silsilə tədbirlər təşkil edilib, ictimaiyyətə daha yaxından tanıtmaq üçün onlayn maarifləndirmə işləri aparılıb. Təmsilçiliyin ofisi həmçinin BƏƏ höküməti, Dubay Bələdiyyəsi, Dubay Gömrüyü, Səhiyyə Təşkilatı və Media Təşkilatının dəstəyi ilə də davamlı olaraq silsilə tədbirlər təşkil edib, BƏƏ-də keçirilən "The Arabian Travel Market" və "ITB Abu Dhabi" Küveyt Dövlətində keçirilən "Travel Luxury Show" və Səudiyyə Ərəbistanı Krallığında keçirilən "Trade Fairs Riyadh" kimi ən iri sərgilərdə də təmsil olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00