Təhlükə: Ermənilər Türkiyəyə sürətlə yayılır
Ermənilərin Türkiyəyə yayılma prosesi sürətlə davam edir. “OLAYLAR”-ın xəbərinə görə, ilkin mərhələdə Ankara və İstanbulda şəbəkələşən ermənilər indi də Türkiyənin vilayətlərinə yayılmağa başlayıblar.
15 İyul 2016 13:08 SosialErmənilərin Türkiyəyə yayılma prosesi sürətlə davam edir. "OLAYLAR"-ın xəbərinə görə, ilkin mərhələdə Ankara və İstanbulda şəbəkələşən ermənilər indi də Türkiyənin vilayətlərinə yayılmağa başlayıblar. Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyindən "OLAYLAR"-a bildirilib ki, bu günlərdə Türkiyənin Muş vilayətində erməni dərnəyi fəaliyyətə başlayıb və vilayət rəhbərliyi də erməni dərnəyini müvafiq ofislə təmin edib. Muş Ermənilərin Dayanışma, Sosial və Turzim Dərnəyi kimi tanınan qurumun açılış mərasimində çıxış edən dərnəyin İdarə Heyətinin üzvü Armen Galustyan bildirib ki, məqsəd Muşda ermənilərin varlığını hiss etdirməkdir.
Qeyd edək ki, hazırda Türkiyədə 100-ə yaxın erməni vəqf və dərnəyi fəaliyyət göstərir.