İlin əvvəlindən avtobus və taksi ilə daşınan sərnişinlərin sayı açıqlanıb

Ölkənin nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 67,1 mln. ton yük, 805,9 mln. sərnişin daşınıb.

Ölkənin nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 67,1 mln. ton yük, 805,9 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8% və 2,5% artımdan xəbər verir.

Sərnişinlərin 96,1%-i və ya 774 milyon 469 min nəfəri avtobus, 3,9%-i və ya 31 milyon 431 min nəfəri isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,5% artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00