"Dini radikalizm və onun fəsadları" mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Penitensiar Xidmətin birgə təşkilatçılığı ilə 1 saylı cəzaçəkmə müəssisəsində "Dini radikalizm və onun fəsadları" mövzusunda tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Penitensiar Xidmətin birgə təşkilatçılığı ilə 1 saylı cəzaçəkmə müəssisəsində "Dini radikalizm və onun fəsadları" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbirdə Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi Rafiq Ramazanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov və Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Rafiq Ramazanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Penitensiar Xidmət arasında əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb Azərbaycanda hökm sürən tolerant və multikultural mühiti tədbir iştirakçılarının diqqətinə çatdıran R.Ramazanov cəzaçəkmə müəssisələrində məhkumların dini etiqad azadlığının tam təmin olunduğunu və bu istiqamətdə görülən işlər barədə məlumat verib.

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov məruzəsində Azərbaycanda milli-mənəvi dəyərlərə verilən önəmdən və dinimizə dövlət səviyyəsində olan qayğıdan söz açıb. S.Heydərov təəssüflə bir çox müsəlman ölkələrində din adına baş verən hadisələrin fəsadlarına da diqqət çəkib. Ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyi, eləcə də multikultural mühiti pozmaq istəyən qüvvələrin hər zaman varlığını bildirərək, milli təhlükəsizliyimizi təhdid edən ən başlıca problemin məhz dini ekstremizm olduğunu vurğulayıb. S.Heydərov Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Fitnə" filminin dini radikalizmə qarşı mübarizədə önəmi barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbirdə Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov dini ekstremizmin tarixi kökləri, onun yaranma səbəbləri və müasir durumu ilə bağlı çıxış edib. Dindən öz məqsədləri üçün istifadə edən qüvvələrin hansı metodlardan istifadə etdiyini sadalayıb. Dindən öz mənafeləri üçün istifadə edən bu qüvvələrin insanları inandırmaq üçün Quran ayələrinin əksəriyyətinin konteksdən çıxarılaraq izah edildiyini qeyd edib. Halbuki bu ayələrin mənaları və nazil olma səbəbləri tamamilə başqadır, hətta bəzi hallarda iddia edilənin tam əksi mənasına gəlir. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və Dövlət Komitəsinin nəşrləri olan müxtəlif ədəbiyyatlar hədiyyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00