ATU-nun 19 məzununa Müdafiə Sənayesi Nazirliyinin komplekslərində işlə təmin olunmaq üçün təyinat verilib

Azərbaycan Texniki Universitetinin (AzTU) “Xüsusi texnika və texnologiya” fakültəsinin məzunlarının işlə təmin olunması üçün rektor, professor Havar Məmmədovun əmri ilə seçim komisiyası yaradılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) "Xüsusi texnika və texnologiya" fakültəsinin məzunlarının işlə təmin olunması üçün rektor, professor Havar Məmmədovun əmri ilə seçim komisiyası yaradılıb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, seçim komisiyası professor-müəllim heyyəti və Müdafiə Sənayesi Nazirliyinin nümayəndələrindən təşkil olunub. Komisiyanın 15 iyul 2016-cı ildə keçirilən iclasında 19 məzunun Müdafiə Sənayesi Nazirliyinin komplekslərində işlə təmin olunması üçün təyinat verilib. Təyinat verilən məzunların 10 nəfəri "Xüsusi texnika və texnologiya" fakültəsinin magistr səviyyəsinə qəbul olunublar. Universitetin sözügedən fakültəsində magistrantların dərs saatı axşam saat 18:00-dan etibarən başladığı üçün onların iş fəaliyyətlərində bu baxımdan çətinlik yaranmayacaq. Qeyd edək ki, AzTU-nun "Xüsusi texnika və texnologiya" fakültəsinin bu il 70 məzunu olub. Məzunların əksəriyyəti hərbi xidmətə gedikləri üçün komisiyanın bu seçimində onların işlə təmin edilməsi mümkün olmayıb. Lakin Universitet və Müdafiə Sənayesi Nazirliyi həmin məzunlarla hərbi xidmətlərini başa vurduqdan sonra əlaqə yaratmaq niyyətindədi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00