Yardımlıda yeni körpü inşa edilib
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən “Azəravtoyol” ASC tərəfindən Yardımlı rayonunda yeni körpü inşa edilib.
15 İyul 2016 11:38 SosialVətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən "Azəravtoyol" ASC tərəfindən Yardımlı rayonunda yeni körpü inşa edilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, sözügedən avtomobil körpüsü Separadi-Teşkan avtomobil yolunun 3-cü km-də Viləş çayı üzərində inşa edilərək vətəndaşların istifadəsinə verilib. Körpünün istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə "Azəravtoyol" ASC-nin rəhbər şəxsləri, rayon rəsmiləri və kənd sakinləri iştirak ediblər.
Qeyd edək ki, son aylar ərzində Separadi-Teşkan avtomobil yolundan başqa Lerik rayonu ərazisində Təbrizli kəndinə giriş avtomobil yolunun 1-ci km-də Lənkəran çayı üzərində, Astara rayonu ərazisində Siyakü - Şəmətük avtomobil yolunun 7-ci km-də Veravul çayı üzərində, Lənkəran rayonunda Mollaoba avtomobil yolunun 2-ci kilometrində Veravul çayı üzərində də yeni avtomobil körpüləri inşa edilərək vətəndaşların istifadəsinə verilib.