Xalqın ölüsü ilə pul qazananlar

Xəbər verildiyi kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qəbir daşları ilə bağlı qanun layihəsi hazırlayıb. Layihəyə görə qəbirlər adi daşdan olmalı, baş daşının hündürlüyü 50, sinəüstü daşın hündürlüyü isə 60 sm-i keçməməlidir. Bu layihə cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq hər bir insanın böyük marağına səbəb olub, çünki Azərbaycanın şəhər və kəndlərindəki qəbiristanlıqlarda qəbir daşlarının ölçüsü, onun ətrafında aparılan abadlıq işləri, düzəldilən abidə ölü sahibinin varlı və ya kasıb olmasına birbaşa işarə vurur. Bu, isə dini kitabımız olan "Qurani-Kərimi"n ayələrinə birmənalı şəkildə ziddir. Təəssüf ki, qanun layihəsinin uzun müddətdən bəri ictimai müzakirəsinin aparılmasına baxmayaraq indiyə qədər bu sənədin parlamentin müzakirəsinə çıxarılması mümkün olmayıb. "Olaylar"ın əldə etdiyi məlumata görə, sözügüdən sənədin Milli Məclisdə müzakirəyə çıxarılmasına maneə olan qüvvələr mövcuddur. Həmin qüvvələr respublikanın ayrı-ayrı rayonları üzrə fəaliyyət göstərən qəbiristanlıq idarələridir ki, onlar asanlıqla gəlir mənbələrini əldən vermək istəmirlər. Araşdırmalar zamanı bəlli olub ki, hətta respublika üzrə bütün qəbiristanlıqda sözügedən qurumun "xidmət sahələri" fəaliyət göstərir. Həmin "xidmət sahələri" açıq şəkildə qəbiristanlıqların girişində öz sexlərini açaraq əhaliyə dəbdəbəli materiallardan olmaq şərtilə bahalı qiymətə başdaşı təklif edirlər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00