QDİƏT-in turizm üzrə işçi qrupunun iclası keçirilir

Rusiya Federasiyasının Soçi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) mədəniyyət və turizm əməkdaşlığı üzrə İşçi qrupunun birgə iclası keçirilib. Sözügedən tədbirdə Mədəniyyət və Turizm Nazirliyini Turizm şöbəsinin müdiri Aydın İsmiyev, həmin şöbənin böyük məsləhətçisi Cavid Abdullayev və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil edib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüşlər çərçivəsində QDİƏT-ə üzv ölkələrdə davamlı turizm sahəsində ən yaxşı təcrübələrin tətbiqi, təşkil edilən turizm tədbirləri və sərgilərində qarşılıqlı iştirak, turizmin xüsusi növləri üzrə əməkdaşlığın qurulması və bir sıra digər mühüm məsələlər müzakirə olunub, mədəniyyət və turizm nazirlərinin konfransı üçün müvafiq gündəlik təsdiq edilib.

Məlumat üçün bildiririk ki, QDİƏT-ə üzv dövlətlərin mədəniyyət və turizm nazirlərinin konfransı isə 23 iyun tarixində Soçidə keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00