Narkomanlıq Əleyhinə Ümumdünya Mübarizə günü qeyd edilib

Yasamal rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində 26 iyun-Narkomanlıq Əleyhinə Ümumdünya Mübarizə gününə həsr olunmuş "Gənclər arasında narkomaniya halları və QİÇS in profilaktikası" mövzusunda seminar müşavirə keçirilib. Bakı Şəhər Gənbclər və İdman Baş İdarəsindən "OLAYLAR"-a bildirilib ki, tədbirdən öncə Mərkəzin foyesində rayon gənclərinin "Narkotiklərə Yox!" mövzusunda çəkdikləri rəsm işlərindən ibarət sərgi nümayiş etdirilib. Tədbirdə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin bir qrup tələbələri, idarənin yerli Gənclər Nümayəndəliklərinin aktiv gəncləri, Yasamal rayon İcra Hakimiyyəti Başçısının Sahə İnzibati Dairələri üzrə nümayəndəliklərinin, ictimai təşkilatların, Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, orta ümumtəhsil məktəblərinin psixoloqları iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00