“Beynəlxalq Təhlükəsizlik və Geosiyasət haqqında esselər” kitabı nəşr olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Kamal Makili-Əliyevin "Beynəlxalq Təhlükəsizlik və Geosiyasət haqqında esselər" kitabı nəşr olunub. "OLAYLAR"-ın SAM-a istinadən verdiyi xəbərə görə, "Beynəlxalq Təhlükəsizlik və Geosiyasət haqqında esselər" Dr.Kamal Makili-Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) çalışdığı ilk beş il ərzində müəllifi olduğu elmi məqalələr, KİV-də dərc olunan nəşrlər və yazılar toplusudur. Bu nəşrlər toplusu beynəlxalq siyasət, xarici siyasət, beynəlxalq təhlükəsizlik, diplomatiya, siyasi elmlər və eyni zamanda Azərbaycan və Cənubi Qafqazı öyrənən elm xadimləri və ekspertlər üçün maraqlı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00