Diaspora nümayəndələrimiz Rusiyada diploma layiq görülüb
23 İyun 2016 11:33 SosialRusiyadakı Azərbaycan diasporasının tanınmış simaları Azərbaycan Slavyan Gənclər Assosiyasiyasınının Rusiya nümayəndəliyinin icraçı direktoru Xəzər Qarayev , Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva nümayəndəliyinin icraçı direktoru Şamil Tağıyev və ASGA Rusiya nümayəndəliyinin sədri, diaspora üzrə ekspert Toğrul Allahverdili Avrasiya Ekanomik İnteqrasiya Qrupunun diplomı ilə təltif ediliblər . Bu barədə məlumat "OLAYLAR"-a ASGA-nın Rusiya nümayəndəliyindən daxil olub. Bildirilib ki, Moskva Beynəlxalq Əlaqələr Universitetinin nəznində fəaliyyət göstərən qrup Avrasiya ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi , Ticarət və sənaye sahələrdə inkişafa dəstəK məqsədi ilə yaradılıb . Diaspor nümayəndələrimiz də bu kursu uğurla və fərqlənməylə bitirdikləri üçün Avrasiya ekonomiya komissiyası naziri Tatyana Valovaya tərəfindən Fəxri diplomlara layiq görülüblər .