ATV-nin keçmiş aparıcısına vəzifə verilib

Tanınmış telejurnalist Samirə Mustafayeva ANS TV-ə keçməsi ilə bağlı yayılan xəbərləri yalanlayıb. Məlumata görə, ATV-nin keçmiş aparıcısı başqa bir telekanala keçmək fikrində olmadığını deyib. Telejurnalist bundan sonra fəaliyyətini dövlət qurumunda davam etdirəcəyini deyib: "Mən dövlət qurumlarının birində vəzifə almışam. Sentyabrda vəzifəm təsdiqlənəcək. Hələlik işə hazırlaşıram". Jurnalist hansı dövlət qurumuna işə düzəlməsi ilə bağlı suala cavab vermək istəmədiyini deyib: "İşə başlayanda bu barədə açıqlama verəcəyəm". S.Mustafayeva ATV-dən ayrılmasının Vaqif Mustafayevlə boşanması ilə əlaqələndirilməsinə də münasibət bildirib: "Bu məlumatların onunla heç bir əlaqəsi yoxdur. Mən sadəcə işimi dəyişmişəm. İnsanlar şayiə yayıb, danışmağı üstün tuturlar. Reallığa baxmaq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00