"Ağsu dolayları"nda təmir-bərpa işləri yekunlaşdırılıb
22 İyun 2016 16:54 SosialAzərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində tövsiyyə və tapşırıqlarına əsasən "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-158-ci ( Ağsu dolayları ) və 160-172-ci km-lik hissələrinin ( Ağsu şəhərinin çıxışından Girdmançay körpüsünə qədər olan hissə ) təmiri işləri aparılaraq yekunlaşdırılıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, sözügedən hissələrdə intensiv hərəkət nəticəsində yolun asfalt-beton örtüyündə qabarmış və dağılmış hissələr yaranmışdı. Bunu aradan qaldırmaq üçün təmir işləri zamanı asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb. Əvəzinə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə yolun 143-158-ci ( Ağsu dolayları ) və 160-172-ci kilometrlik hissələrində 150 min m2 -dən çox ərazi asfaltlanıb. Bu işlərə paralel olaraq yol boyu çiyinlərin bərkidilməsi və küvetlərin təmizlənməsi də həyata keçirilib. "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə aparılmış təmir-bərpa işlərindən sonra avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb. Həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-158-ci kilometrlik hissəsində ( Ağsu dolayları )istinad divarlarının bərpası və suvanması işləri həyata keçirilib, həmçinin sərt döngələrdə və digər zəruri yerlərdə yol kənarlarına təhlükəsizlik məqsədi ilə xüsusi dəmir-beton maneələr düzülüb.