Qubada qadın alverçisi saxlanıb

Quba rayonunda insan alvrçisi saxlanıb. DİN-dən verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba şəhər sakini Elvira Qurbanova qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub. Ətrafında aparılan araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00