“Gənclərin radikal dini təriqətlərə qoşulmasının qarşısının alınması” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Nizami Rayon İcra Hakimiyyəti tərəfindən "Resurs" Gənclərin İnkişafı İctimai Birliyi ilə birgə yeniyetmə gənclərin və təhsil işçilərinin iştirakı ilə "Gənclərin radikal dini təriqətlərə qoşulmasının qarşısının alınması" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, tədbirdə "Resurs" Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdizadə "Gənclərin radikal dini təriqətlərə qoşulmasının qarşısının alınması" layihəsi çərçivəsində bir sıra təhsil müəssisələrində maarifləndirici tədbirlərin keçirildiyini diqqətə çatdırmış, bu gün isə 238 nömrəli orta məktəbdə belə bir mövzuda görüşün təşkil edildiyini vurğulamış, bu istiqamətdə görülmüş işlərdən danışıb.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, dini işlər üzrə komissiyanın sədri Gülnaz İsrafilova bildirib ki, hazırkı dövrdə dini radikalizm və bu yönümdə fəaliyyət göstərən dini təriqətlər dünyanı narahat edən ən qlobal sosial bəlaya çevrilib.

Sonra Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov dini radikalizm haqqında danışaraq, bu sahədə rayonda keçirilən tədbirlər, o cümlədən rayondakı mövcud dini durum barədə tədbir iştirakçılarına məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00