Dövlət istiqrazları üzrə hərrac keçirilib

21 iyun 2016-cı il tarixində "Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin AZ0102001515 ISIN kodlu, tədavül müddəti 182 gün olan 10.0 milyon manat və AZ0104002511 ISIN kodlu, tədavül müddəti 364 gün olan 10.0 milyon manat məbləğlərində dövlət istiqrazları üzrə hərrac keçirilmişdir. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, 
AZ0102001515 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 52.8 milyon manat təşkil etmişdir. Maliyyə Nazirliyi tərəfindən 10.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 95.9400 (gəlirlilik 8.5571%) səviyyəsində müəyyən edilmişdir. 
İstiqrazların ödəmə müddəti 20 dekabr 2016-cı ildir. Eyni zamanda, AZ0104002511 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 36.4 milyon manat təşkil etmişdir. Maliyyə Nazirliyi tərəfindən 10.0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 91.3874 (gəlirlilik 9.4761%) səviyyəsində müəyyən edilmişdir. İstiqrazların ödəmə müddəti 20 iyun 2017-ci ildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00