Azərbaycanlı qız Danimarkada yüksək nəticə göstərdi
22 İyun 2016 14:13 SosialDanimarkanın Roskild şəhər gimnaziyasının buraxılış imtahanlarında ən yüksək nəticəni azərbaycanlı qız Mila Manieva qazanıb. Bu barədə məlumat "OLAYLAR"-a Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətindən daxil olub. Bildirilib ki, Roskild şəhər gimnaziyasında ən yüksək nəticəni əldə etdiyi üçün Roskild şəhər bələdiyyəsinin sədri Joy Mogensen Mila Manieva ilə görüşüb. Görüşdə Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi də iştirak edib. Səfər Sadiqi, bələdiyyə sədrinə Azərbaycan barədə məlumat verib, onun suallarını cavablandırıb. Joy Mogensenlə görüşdə Danimarkanın tanınmış fotoqrafı Jacob Holdt da iştirak edib və Mila Manievaya gələcək işlərində uğurlar arzulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00