Azərbaycanla bağlı üç beynəlxalq təşkilat birləşdi

"Dünya Azərbaycanlılarının 4-cü Qurultayı zamanı Cənab Prezident İlham Əliyevin diasporalarımızın birləşib həmrəy fəaliyyət göstərməsi zərurətini biz də çox ciddi dərk edirik. Məhz bu səbəbdən yeni yaranmaqda olan Dünya Azərbaycanlıları Assambleyası (DAA) adından bir çox təşkilatlara müraciət etdik". Belə bir açıqlama ilə çıxış edən DAA-nın Təşəbbüs Qrupunun rəhbəri Rəşad Quliyev "OLAYLAR"-a bildirib ki, müraciətə operativ reaksiya verən Dünya Azərbaycanlıları İttifaqı, Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun rəhbərliyi birlik və həmrəylik şəraitində fəaliyyət göstərməyin Azərbaycan həqiqətlərinin dünyaya ciddi şəkildə yayılmasına, milli məsələmizin dünyanın gündəminə gəlməsinə ciddi təkan verəcək: "Məqsədimiz birlikdə fəaliyyət göstərməklə eyni zamanda dövlətimizin xarici siyasət kursuna dünyanın hər qitəsində, ölkəsində dəstək vermək, ölkəmizin qarşısında duran ən vacib məsələlərin həlllində ölkəmizdə dəstək olmaqdır. Dünya Azərbaycanlıları Assambleyasının həmrəylik, birləşib birlikdə fəaliyyət göstərmək təklifini dəyərləndirdiklər üçün hər iki qurumun idarə heyyəti üzvlərinə, həmçinin təsisçisi və rəhbəri Fizuli Məmmədova DAA-nın təşkilat komitəsi üzvləri adından və təşəbbüs qrupu adından təşəkkür edirik. Bundan sonra DAİ və Ümumdünya Azərbaycan Mədəniyyət Fondu öz fəaliyyətlərini birlikdə həyata keçirəcəklər"

Qeyd edək ki, DAİ və Mədəniyyət Fondu artıq ildən çoxdur ki, fəaliyyət göstərirlər və bu qurumlara rəhbərliyi İntersever Şirkətlər Qrupunun prezidenti, iş adamı Fizuli Məmmədov rəhbərlik edir və təşkilatın mərkəzi ofisi Moskvadadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00