Millət vəkilindən Sankt-Peterburq görüşünə kölgə salmaq istəyənlərə mesaj

"Erməni təbliğatının təsiri altında Sankt-Peterburq görüşü haqda ağızlarına gələni yazanların yadlarına danışıqlar öncəsi nə baş verdiyini salmaq istəyirəm, bəlkə nəsə anladılar". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Sahib Alıyev bildirib ki, Azərbaycan Prezidenti həmin danışıqlara havada, quruda və suda keçirililən geniş hərbi təlimlərə start verməklə, forpostbaşı Sərkisyan isə işğal altındakı torpaqlarımızın qaytarılmasının qatı əleyhdarlarından olan və Qarabağ savaşında qaniçənliyilə ad çıxarmış Jirayr Səfilyanı başının dəstəsilə həbs etdirməklə getdı: "Əgər yenə də nəsə anlaşılmadısa, onda Sankt-Peterburq görüşündən iki gün qabaq cənab Prezidentin iftar süfrəsindəki bu sözlərini xatırlasınlar: "Əgər kimsə fikirləşir ki, biz növbəti 20 il də mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. İmitasiya naminə danışıqlar da aparmayacağıq". Və o da unudulmasın ki, bu, elə həmən iftar süfəsində " Biz sözümüzü imzamız qədər qiymətləndiririk və əgər nəyisə deyiriksə, buna əməl edirik" söyləyən bir liderin dilindən səslənib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00