Uşaqlar əsgərləri təbrik edib
22 İyun 2016 12:14 Sosial26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhəri Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin bədii kollektivi Füzuli rayonundakı N saylı hərbi hissədə olub. "OLAYLAR"-ın Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, mərkəzin rəqs qrupları əsgərlər qarşısında milli rəqslərlə çıxış ediblər. "Gənc aktyorlar" dərnəyinin üzvləri şeirlər səsləndirib, "Mahnı teatrı" və "Vokal" dərnəyinin şagirdləri vətənpərvərlik mahnıları ifa ediblər. "Çiçəyim" uşaq teatrı üzvlərinin təqdimatında səhnəciklər nümayiş etdirilib. Əsgərlərlə birlikdə nahar edən uşaqlar özləri ilə gətirdikləri hədiyyələri və yazıqları məktubları əsgərlərə təqdim ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00