Gənclər təşkilatları vətənpərvərlik layihələrinə daha çox üstünlük verir
17 İyun 2016 17:04 SosialGənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində ölkədə məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə, dövlətin müvafiq strukturları bu istiqamətdə aktiv fəaliyyət göstərirlər. Azərbaycan Gənclər Fondu da gənclər təşkilatları və fərdi şəxslərin layihələrinin qiymətləndirilməsi zamanı əsas etibarilə gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına xidmət edən layihələrə daha çox üstünlük verir. Bir qayda olaraq gənclərin vətənpərvərlik hisslərinin artırılmasına xidmət edən layihələr, tədbirlər keçirən təşkilatlardan biri də Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyidir. Belə ki, Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Vətənpərvər ol, vətən qarşısında borcunu bil" layihəsi həyata keçirib. Layihə çərçivəsində Qəbələ, Oğuz, Şəki və Qax rayonlarında 4 seminar keçirilib. Seminarlarda gənclər arasında vətənə məhəbbət hissinin artırılması, gənclər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, gənclər arasında dövlət rəmzlərinin təbliği, gənclər arasında milli mənlik şüurunun formalaşdırılması, hərbi vətənpərvərlik ruhunun gənclər arasında təbliği, gənclər arasında vətənə sədaqət, azərbaycançılıq məfkurəsinin təbliğ olunması, onlara Azərbaycan tarixinin, mədəniyyətinin, adət və ənənələrinin öyrənilməsi ilə bağlı geniş məlumat verilib. "Vətənpərvər ol, vətən qarşısında borcunu bil" layihəsi çərçivəsində ümumilikdə 400 nəfərdən çox gəncin iştirak etdiyi seminarlar iştirakçılar tərəfindən yüksək qiymətləndirilib, bu müsbət qiymətləndirmələr sosial şəbəkələrdə geniş paylaşılıb. Seminar iştirakçılarına layihə çərçivəsində çap olunmuş buklet, cib təqvimi və köynək dəsti paylanılıb. Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən "Vətənpərvər ol, vətən qarşısında borcunu bil" layihəsinin növbəti mərhələsi çərçivəsində növbəti tədbir də Qəbələdə keçirilib. Qəbələdə təşkil edilən seminarda Qəbələ rayon İcra Hakimiyyətinin nümayəndəsi Azər Şirinov, Qəbələ rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Mübariz Ağayev, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov çıxış edərək gənclər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, vətənə sədaqət, azərbaycançılıq məfkurəsinin təbliği istiqamətində belə layihələrin vacibliyini qeyd etdilər. Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyinin sədr müavini Anar Məhərrəmov layihə haqqında seminar iştirakçılarına geniş məlumat verib. Qeyd edib ki, layihənin əsas məqsədi gənclərlə vətənpərvərlik istiqamətində görüşlərin keçirilməsi, gənclər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, milli mənlik şüurunun formalaşdırılması, vətənə sədaqət, azərbaycançılıq məfkurəsinin təbliği üzrə seminarların təşkili istiqamətinə yönləndirilib. Daha sonra çıxış edən layihənin eksperti Ümüdvar Həsənov gənclər arasında vətənə məhəbbət hissinin artırılması, gənclər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, gənclər arasında dövlət rəmzlərinin sevilməsinin təbliği, gənclər arasında milli mənlik şüurunun formalaşdırılması, hərbi vətənpərvərlik ruhunun gənclər arasında təbliği, gənclərin şüurunda vətənə sədaqət, azərbaycançılıq məfkurəsinin tam bərqərar edilməsi, gənclər arasında Azərbaycan tarixini, coğrafiyasını, musiqisini, adət və ənənələrinin öyrənilməsini təbliğ etmək və s. haqqında geniş məlumat verib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi tərəfindən "Vətənpərvər ol, vətən qarşısında borcunu bil" layihəsi Oğuz, Şəki və Qax rayonlarında da davam etdirilib.
Həmrəy" GMDİB isə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinə "Vətən üçün nə etməli?" adlı layihə təqdim edib və müsabiqənin qaliblərindən biri olub. Layihənin İcra planının aktiv fazasına I mərhələsinə uyğun olaraq, cari ilin iyun ayının 7-də Balakən, 8-də Zaqatala, 9-da Qax rayonlarında "Vətən üçün nə etməli?" adlı elmi-praktiki konfranslar həyata keçirib. Elmi-praktiki konfranslara Balakən rayonunda start verilib. 400-dən çox gəncin iştirak etdiyi konfranslarda, Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin rəsmiləri ilə yanaşı, ictimaiyyət nümayəndələri də qatılıb. Gənclərin aktivliyi ilə baş tutan tədbirlər maraqla qarşıəlanıb və interaktiv şəkildə reallaşıb. Layihənin rəhbəri Yəhya Babanlı bildirib ki, "Bu kimi tədbirlərin reallaşdırılması region gənclərinin icimai fəallığının artırılmasına, onların sosial aktivliyinə, cəmiyyətin inkişafı ilə bağlı tədbirlərdə məsuldar iştiraklarına müsbət təsir etməklə yanaşı, gənclərin intelektual inkişafına və onlarda müstəqil düşüncə tərzinin formalaşmasına, təhsil və karyeralaralarında sərbəst seçim etmələrində mühüm təsiri vardır. Bu tədbirlər sadalananlara xidmət etməklə gənclərin Vətən qarşısındakı vəzifələrini dərindən bilmələrinə töhfə verməyə hesablanıb. Hər bir gənc bilməlidir ki, öz vətənini, torpağını, dövlətini - müstəqil Azərbaycanı sevmək və qorumaq, öz ata-anasını, sevmək və öz ev-eşiyini qorumaq deməkdir. Şübhəsizdir ki, Vətən anlayışını dərk etmək, onu sevmək və qorumaq hər bir gəncin ən ümdə vəzifəsidir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təbirincə desək: "Vətənini müdafiə etməyə çalışan hər bir vətəndaş, hər bir gənc bizim üçün əziz, qiymətli və dəyərlidir". Həmçinin qeyd olunub ki, "Həmrəy" GMDİB-nin qarşısına qoyulmuş fəal vətəndaşlar, gənclər yetişdirmək missiyası da məhz sistemli, ardıcıl aparılan vətən təsübkeşliyi, vətəndaşlıq mövqeyi və vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. Layihə çərçivəsində gənclərin hərbi xidmətə münasibəti, hərbi çağrış məsələlərinə toxunmaq nəzərdə tutulur. Bütövlükdə hərbi-vətənpərvərlik tərbiyəsinin Vətən təəssübü, Vətən anlayışının aliliyi, hərbi anda sədaqət, Vətən müdafiəsinə hazırlıq, milli dövlət rəmzlərinə hörmət meyarı təşkil edir. Vətəndaşlıq hissi vətənpərvərliyin ən yüksək forması olub, fərdin dövlət qarşısında öz hüquq vəzifələrini başa düşməsidir. Vətəndaşlıq hissi olan şəxs öz ətrafında vətənin taleyi ilə bağlı baş verən hadisələrin fəal iştirakçısına çevrilməlidir. Müstəqil, suveren dövlət quruculuğu yolunda gənclərin üzərinə vətənpərvərlik və milli şüurun dərk edilməsi sahəsində böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Bu xüsusda, yuxarıda sadalanan amillərin gənclərin diqqət mərkəzində olması vacib hesab olunmalıdır. Eyni zamanda, gənclərə vətənin ərazi bütövlüyünün qorunması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə dövlətimizin apardığı sülhməramlı siyasətin incəliklərini çatdırmaqdan ibarətdir. Ermənistan-Aərbaycan Dağlıq Qarabağ münaqişəsinin törətdiyi sosial problemləri, iqdisadi çətinlikləri, obyektiv şəkildə izah etməklə cari ilin aprel ayının 2-5 tarixlərində "üç günlük" müharibədə Azərbaycan xalqının ortaya qoyduğu haqlı mövqeyi və qətiyyəti, Azərbaycan Respublikası Prezidentinin nümayiş etdirdiyi açıq iradəni və əzmi gənclər arasında diskusiyaya çevirməkdir. Layihə gənclərin ictimai fəallığının artırılmasına, onların liderlik keyfiyyətlərinə yiyələnmənə, onlarda stress, qərarsızlıq, ümidsizlik və ruh düşkünlüyünün aradan qaldırılmasına, çalışqanlıq və prinsipallığın, idarəetmə məharətinin formalaşmasına, düzgün, vaxtında və etibarlı qərarlar qəbul etmə bacarığının yaranmasına, diqqət və konsentrasiyanın yüksək səviyyəyə qaldırılmasına və uğurlu strategiyanın müəyyən edilməsinə kömək etmək məqsədi daşıyır. Təlimçi, Azərbaycan Dövlət İqtisad Universtetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, multikulturalizm üzrə mütəxəssis, s.ü.f.d. Telman Niftalıyev "Mültikulturalizm: Azərbaycanda həyat tərzi kimi" adlı təlim keçmişdir. İnteraktiv şəklində keçən tədbirdə gənclərə Azərbaycan naminə həmrəy olmaları və Vətənimizin inkişafı üçün malik olduqları potensialdan maksimum istifadə etmələri barədə tövsiyələr verilmişdir. Sonda, iştirakçılara sertifikatların verilmiş və xatirə şəkli çəkdirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əməkdaşları 2 aprel tarixində Erməni Silahlı Qüvvələrinin Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olmuş Samir Kaçayevin ailəsi ilə görüşüb.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir