Deputatlarımız Türkiyə səfər ediblər
17 İyun 2016 16:55 SosialMilli Məclisin deputatları Əhliman Əmiraslanov və Ağalar Vəliyev Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin anım mərasimində iştirak etmək üçün Türkiyəyə səfər ediblər. Bu barədə MM-dən veilən məlumata görə, Sparta və Antalya şəhərlərində keçiriləcək mərasimlərdə Süleyman Dəmirəlin məzarı ziyarət ediləcək, onun həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdiriləcək, sərgi təşkil olunacaq. Tədbir iştirakçıları Süleyman Dəmirəllə bağlı xatirələrini səsləndirəcəklər. Səfər iyunun 18-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00