Tahir Rzayev: "Formula1 Azərbaycana yeni-yeni uğurların qazanılmasında bir stimul olacaq"
17 İyun 2016 16:07 SosialSon illər bir sıra beynəlxalq əhəmiyyətli idman oyunlarının ölkəmizdə keçirilməsi sübut edir ki, Azərbaycan nəinki iqtisadi-sosial cəhətdən inkişaf edən, həm də idman sahəsində təkmilləşən bir dövlət kimi dünyanın diqqət mərkəzindədir". Bunu millət vəkili Tahir Rzayev dilə gətirib. Onun sözlərinə görə, yüksək səviyyədə təşkil olunub keçirilən möhtəşəm Birinci Avropa Oyunlarından az müddət sonra milyonlarla insanın diqqətini yenidən Azərbaycana yönəldən Formula1 qran-pri yarışları deməyə əsas verir ki, artıq ölkəmiz idman yarışlarının mərkəzinə çevrilib.Millət vəkili qeyd edib ki, beynəlxalq səviyyəli idman yarışları idmançıların mübarizə meydanında olduğu kimi, həm də dövlətlərarası münasibətlərin yaxşılaşması, ölkələrin yaxınlaşması, dostluq və əməkldaşlığın möhkəmlənməsi, dərinləşməsi, dövlətlərin hansı imkanlıara və hansı təşkilatçılıq qabiliyyətinə malik olmasını müəyyən etmək baxımıdan çox əhəmiyyətlidir."Azərbaycan Birinci Avropa Oyunlarının təşkilində elə bir standart tətbiq etdi, elə bir təşkilatçılıq nümunəsi göstərdi ki, bu gün nəinki Avropa, bir çox dünya ölkələri bu standartları tətbiq etməkdə çətinlik çəkirlər. Formula1 yarışlarına hazırlıq və onun gedişatı da bu baxımdan diqqət çəkir və sözsüz ki, Azərbaycana yeni-yeni uğrların qazanılmasında bir stimul olacaq".