Avropa münaqişənin uzadılmasına şərait yaradır

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərfindən işğal olunmuş ərazisində qondarma "Dağlıq Qarabağ Respublikası" kimi adlanan terrorçu və separatçı rejimin başçısı Bako Saakyanın Belçikanın paytaxtı Brüsselə səfəri Avropa İttifaqının Qarabağ münaqişəsinə ikili standart yanaşmasının bariz nümunəsidir. Belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə "OLAYLAR"-a bildirib ki, Gürcüstanın, Ukraynanın və Moldovanın separatçı rejimlərinin rəhbərlərinə Avropaya giriş qadağan edildiyu halda, Azərbaycanın ərazisində fəaliyyət göstərən separatçılara Avropada yaşıl işıq yandırılması başadüşülən deyil: "Məhz, Qarabağ münaqişəsinin nizamlanmasını əngəlləyən belə faktorlardır. Çünki, Avropa erməni separatçılara şengen vizası verməklə, münaqişənin uzadılmasına şərait yaradır. İyun ayında Azərbaycan Ermənistan və Rusiyanın dövlət başçılarının Qarabağ konfliktinin nizamlanması istiqamətində görüşü ərəfəsində Avropanın bu mövqeyi, Azərbaycana qarşı ədalətsiz və separtizmi dəstəkləyən bir yanaşmadır". Politoloq deyib ki, Avropa Ukraynada, Gürcüstan separtçılar kimi Qarabağ separatçılarının da Avropaya girişinə veto qoymalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00