Yaponiyada Azərbaycanı daha yaxşı tanıyacaqlar
Tokioda Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyası yaradılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, bu işin təşəbbüskarı, Yaponiyanın Hokkaydo Universitetinin doktorantı, Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının fəxri prezidenti Əlibəy Məmmədov təşkilatın rəhbəri seçilib.
17 İyun 2016 12:33 SosialTokioda Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyası yaradılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, bu işin təşəbbüskarı, Yaponiyanın Hokkaydo Universitetinin doktorantı, Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının fəxri prezidenti Əlibəy Məmmədov təşkilatın rəhbəri seçilib. Assosiasiyanın qurulması zərurətindən danışan Əlibəy Məmmədov bildirib ki, son illər Yaponiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı,qarşılıqlı səfərlər, kadr mübadiləsinin artması, mədəni əlaqələrin sürətli inkişafı, eyni zamanda biznes sahəsində gözəçarpan işlərin görülməsi, Azərbaycana Yaponiyanın kiçik və orta sahibkarlarının böyük maraq göstərməsi Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının yaradılmasına təkan verən əsas amillərdəndir. Onun sözlərinə görə, yapon iş adamları, elm xadimləri ilə görüşlərdə də iki ölkə əlaqələrinin inkişafına dəstək məqsədilə Azərbaycan diaspora təşkilatının yaradılmasının vacibliyi dəfələrlə vurğulanıb. Yeni diaspor təşkilatını yaratmaqda əsas məqsəd Yaponiyada Azərbaycanı tanıtmaq, Azərbaycan həqiqətlərini yaymaq, tariximizi, mədəniyyətimizi təbliğ etməkdir. Yeni təşkilatın yaradılmasında dəfələrlə Azərbaycanda səfərdə olmuş yapon iş adamları - İşida Kazuyasu, Yoşinobu Kanayama, Hirokazu Taniguçi Yoşimitsu İnamoto, Şiniçi İvaki, Rie Fujivara, Marie Kanayama, Hirotsugu Morişima və digəriləriyaxından iştirak edib.