Ekologiya Nazirliyi: İyunda yüksək dağlıq ərazilərə qar yağması normaldır

"İyun ayında Böyük Qafqaz sıra dağlarının yüksək dağlıq ərazilərinə qarın yağması normal hadisədir".

"İyun ayında Böyük Qafqaz sıra dağlarının yüksək dağlıq ərazilərinə qarın yağması normal hadisədir".

Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

G.Məmmədova Zaqatalaya qarın yağması ilə bağlı məlumatların düzgün olmadığını deyib.

Çinli qız yerin dibinə girdi

Qeyri-sabit hava iyunun 13-dək davam edəcək

Onun sözlərinə görə, Böyük Qafqazın dəniz səviyyəsindən 3000 metr yüksək olan dağlıq ərazilərə sulu qar və qar yağıb: "Bu ərazilərə qarın yağması da normal prosesdir. Belə hallar əvvəlki illərin iyun aylarında da müşahidə edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00