Çinli qız yerin dibinə girdi
25 Aprel 2012 18:15 SosialGülünc vəziyyətə düşmüş yeniyetmə özünü "alçalmış" hiss etdiyini bildirib. Çində qeyri-adi hadisə baş verib. Mobil telefonu ilə çat proqramında "qurdalanan" yeniyetmə qız nə qədər ağılasığmaz da olsa yolla hərəkət edən zaman anidən yerin dibinə düşüb. Hadisə anbaan müşahidə kamerası vasitəsilə qeydə alınıb. Qızın piyada yolunda açılmış dərin dəliyə düşdüyünü görən taksi, avtomobilini saxlayaraq, qızı xilas etməyə çalışıb. Yeniyetmənin düşdüyü çuxur çox dərin olduğundan köməyə xilas etmə xidməti çağırmalı olublar. Yeniyetmə müəmmalı çuxurdan sağ-salamat çıxsa da, bu qədər insanın ona güldüyünə görə özünü alçalmış hiss etdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00