Bu gün axşam Bakıda daha bir yolda hərəkət qismən məhdudlaşdırılacaq
23 May 2016 18:28 SosialAvtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi, yol göstərici xətlərin və piyada keçidlərinin yenidən rənglənməsi işləri davam etdirilir.
"Azəravtoyol" ASC-dən verilən məlumata görə, bu gün axşam saat 22:00-da etibarən səhər saatlarınadək Ziya Bünyadov prospektinin "Böyük Şor" yol qovşağından İslam Abışov küçəsi ilə kəsişməyədək olan hissəsində (Çermet körpüsünədək ) hər iki istiqamət üzrə yol tam bağlanmadan hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00