Şəkidə 20 yaşlı gənci ilan sancdı

Şəkinin Böyük Dəhnə kənd sakininin ayağından ilan sancb. Kanal S (Region TV) xəbər verir ki, 1996-cı il təvəllüdlü Pirməmmədov Faiq ot biçən zaman ayağında ağrı hiss edib. Elə bu anda otların arasında yatan ilanın onu sancdığını görüb. Dərhal valideynlərinə xəbər verən Faiq Pirməmmədov Şəki RMX-ya gətirilib. Xəstəyə ilkin tibbi yardım göstərilib və zəhərə qarşı zərdab vurulub. Hazırda Faiq Pirməmmədovun müalicəsi Şəki RMX-nın reanimasiya şöbəsində davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00