AXA siqaretlə mübarizə məqsədilə 1,8 mlrd. avroluq tütün aktivlərini satır
23 May 2016 17:55 SosialFransanın AXA sığorta qrupu tütün sahəsinə investisiyaları dayandırır və bu sahədə olan 1,8 mlrd. avro (200 mln. avroluq səhmlər və 1,6 mln. avroluq istiqrazlar) həcmində aktivlərini satışa çıxarır. "APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə AXA-nın rəhbəri Tomas Büberl bildirib. "Bizim üçün bu addımın böyük nəticələri var. Səbəb aydındır: siqaretin insana təsiri faciəvidir. Tütün aktivlərimizi satmaqla biz siqaretlə mübarizəyə böyük bir töhfə veririk", - deyə şirkət rəhbəri qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00