MTRŞ daha bir kabel şəbəkəsi yayımçısına lisenziya verib

Milli Televiziya və Radio Şurası (MTRŞ) daha bir kabel şəbəkəsi yayımçısına xüsusi razılıq (lisenziya) verib.  Bu barədə MTRŞ-nın 19 may 2016-cı il tarixli qərarında bildirilib. Həmin qərara əsasən, "MNS SERVICES" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) kabel şəbəkəsi yayımı üçün (yayımın üsulu - internet) 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00