Ərəb Liqasının Baş katibiNizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinə üzv seçilib

Ərəb Liqasının sabiq Baş katibi və Misirin keçmiş xarici işlər naziri Əmr Musa Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinə üzv seçilib.  Bu barədə məlumat "OLAYLAR"-a Diasporla İş üzrə Dvlət Komitəsindən daxil olub. Bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini və özünün orada iştirakını yüksək dəyərləndirən Əmr Musa bildirib ki, bütün dünyada bir sıra qlobal problemlərin yaşandığı indiki dövrdə daim tolerantlığı, dialoqu və anlaşmanı təbliğ edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nüfuzlu İdarə Heyətinə qoşulmaq şərəfdir. Əmr Musa ərəb dünyasının siyasi həyatında faəliyyət göstərən ən nüfuzlu simalardan biri sayılır. O, Misir Ərəb Respublikasının BMT, Hindistan və İsveçrədəki səfiri olub, 1991-2001-ci illərdə Misirin xarici işlər naziri vəzifələrində çalışıb, Livan vətəndaş müharibəsinin dayandırılmasında önəmli rol oynayıb. 2001-2011-ci illərdə isə Ərəb Liqasına rəhbərlik edən Əmr Musa Misir Prezidentliyinə namizəd olub, 2013-cü ildə Misirin yeni konstitusiyasının yazan  50 nəfərlik komitəyə rəhbərlik edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00