Pos-terminalların sayı açıqlndı

2016-cı il aprel ayına olan məlumata görə, respublika ərazisində ticarət və xidmət obyektlərində 75 min 563 ədəd POS-terminal mövcuddur. "Olaylar" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, bunun 43 min 476-sı paytaxtın, 32 min 87 ədədi isə regionların payına düşür. Pərakəndə ticarət obyektlərində 74 min 271ədəd POS-terminal və ya bütün POS-terminalların 98,2 faizi quraşdırılıb. Qeyd olunub ki, Vergilər Nazirliyinin Mərkəzi Bank və digər təşkilatlarla əlaqəli fəaliyyəti nəticəsində POS-terminalların sayının artması ilə yanaşı, onlardan istifadə də genişlənməyə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00