Qəbələdə “Multikulturalizm diyarı Azərbaycan” adlı layihənin icrasına başlanılmışdır

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Azərbaycanda və xarici ölkələrdə "Azərbaycan Multikulturalizmi" xüsusilə gənclər arasında təbliğ olunur, bu sahə üzrə bir çox layihələr həyata keçirilir. Bu layihələrdən biri də, Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Multikulturalizm diyarı Azərbaycan" layihəsidir. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, "Uğurlu Gələcək" İctimai Birliyinin təşkilatçısı olduğu bu layihə çərçivəsində Qəbələ rayonunda bir sıra seminar-treninqlərin keçirilməsi nəzərdə tutulur. Tədbirdə həmçinin multikulturalizm mövzusunu özündə əks etdirən rəsm işlərindən ibarət sərgi də nümayiş olunacaq. Layihənin məqsədi Azərbaycanda multikulturalizmin artıq dövlət siyasətinə çevrilməsini və həyat tərzinin olduğunu bir daha göstərməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00