Jurnalistlər üçün yeni müsabiqə
23 May 2016 15:43 SosialAzərbaycan Mətbuat Şurası Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birlikdə "Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi" mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, müsabiqəyə 2016-cı ilin may ayının 25-dən iyun ayının 20-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar buraxılacaq. Qaliblərin adları 26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində açıqlanacaq. Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək. Müsabiqədə qaliblərə bir birinci yer 800 manat, iki nəfər II yer 500 manat, üç nəfər III yer 300 manat və 10 nəfər həvəsləndirici mükafat 100 manat nəzərdə tutulub.