SON DƏQİQƏ: Gəncədə fabrik yanır
23 May 2016 15:42 SosialKəpəz TV (Region TV) xəbər verir ki, ilkin ehtimala görə, yanğın anbarın 3-cü mərtəbəsində yerləşən otaqlardan birində aparılan qaynaq işləri nəticəsində yaranıb.
Xatırladaq ki, iki gün bundan öncə də Gəncə Qənnadı ASC-nin inzibati binasında, mətbəxdən başlayan yanğın dörd inzibati otaq da daxil olmaqla (müdir, müdir müavini, baş mühəndis və komendantın otaqları) 178 kv.m sahəni əhatə etmişdi.
***
Gəncədə qənnadi fabrikində yanğın başlayıb.
Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncə Qənnadi ASC-də yanğın baş verib. Hadisə yerinə 5 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülməyə çalışılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00