Nizami rayonunda daha bir küçə təmir olundu

Vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədi ilə Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin bir hissəsi təmir edilərək sürücülərin ixtiyarına verilib. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, təmir olunan hissə Mikayıl Əliyev və Bəkir Çobanzadə küçələrinin kəsişmələrində yerləşir. Həmin hissənin uzunluğu təqribən 1 km-dir ( 500m x 2 ). Ayrıca olaraq gediş və gəliş hissələrindən ibarət və 6 hərəkət zolaqlı ( 3 x 2 ) olmaqla küçənin hərəkət hissəsinin ümumi eni 24 metrdir. Təmir işləri çərçivəsində sözügedən hissədə 2 min paqon-metrə yaxın səki daşı yenisi ilə əvəzlənib, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ümumilikdə 20 min m2 ərazi 2 qat olmaqla asfaltlanıb. Bundan başqa yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulub.
Hazırda küçənin digər hissələrində təmir-tikinti işləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00