ETSN hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib
23 May 2016 13:07 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanın rayonlarında hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. ETSN-nin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, mayın 24-ü axşam, mayın 25-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00