Dayanıqlı İnkişaf Məqsədləri gənclər arasında təbliğ olunacaq
23 May 2016 12:40 SosialBirləşmiş Millətlər Təşkilatının Baş Qərargahında dünya liderləri tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədini özündə birləşdirən 2016-2030-cu illəri əhatə edəcək Qlobal Gündəlik qəbul olunub. "Bizim Gənclik" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icrasına başlanılmış "Ətraf Mühit və Dayanıqlı İnkişaf Məqsədləri" layihəsi gənclərimizin bu qlobal prosesə cəlb olunması, onların Dayanıqlı İnkişaf Məqsədlərinin xüsusilə də ətraf mühitin dayanıqlığının təmin edilməsini özündə əks etdirən məqsədlərin reallaşdırılmasında rolunun artırılmasına hədəflənib. İctimai Birlikdən "OLAYLAR"-a bildirilib ki, layihə çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin gənclər arasında təbliği üçün Qax, Şəki, Zaqatala və Balakən rayonlarında silsilə təlimlərin keçirilməsi, eyni zamanda layihənin effektivliyinin daha da artırılması, lazimi sosial mesajın çatdırılması məqsədi ilə Dayanıqlı İnkişaf Məqsədləri və ətraf mühit problemlərini əhatə edən video-çarxın çəkilməsi nəzərdə tutulub.