Heydər Əsədov Macarıstana səfər edib

Kənd Təsərrüfatı Naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfər edib. Bu barədə nazirlikdən "Olaylara"a daxil olan məlumata görə, səfərin məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının, investisiya mühiti və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələrin müzakirəsidir. Səfər çərçivəsində nümayəndə heyəti Macarıstanın kənd təsərrüfatı nazirliyində Macarıstan-Azərbaycan Kənd Təsərrüfatı üzrə biznes görüşdə iştirak edəcək, Macarıstanın kənd təsərrüfatının müxtəlif sahələri, o cümlədən atçılıq, quşçuluq, toxumçuluq, kənd təsərrüfatı texnikası, süd, şərab, yem istehsalı üzrə ixtisaslaşmış şirkətlərin təcrübəsi ilə tanış olacaq, bu ölkənin fermerlərinin istehsal etdiyi məhsullara baxış keçirəcəklər. Eyni zamanda Azərbaycan iş adamları ilə Macarıstanın iş adamları arasında işgüzar görüşlər keçiriləcək. Səfər mayın 25-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00