Gəncə tarixin canlı səhifələrinin şahidi oldu
23 May 2016 11:38 SosialGənclər və İdman Nazirliyi tərəfindən, Dövlət Sərhəd Xidməti və Gəncə şəhər İcra Hakimiyyəti ilə birgə Gəncə şəhərində "Tarixin canlı səhifələri" IV Gənclər festivalı keçirilib. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, Gəncə şəhəri "Yeni qızılca" ərazisində baş tutan tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gəncə şəhər icra başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları və digər rəsmilər iştirak ediblər. 400 nəfər aktyor, tələbə, idmançının iştirak etdiyi festivalda Babək, Cahan Pəhləvan Qara Yusif və Cavad xan canlandırılaraq, onların keçdiyi qəhrəmanlıq yolu və şücaətləri göz önünə gətirildi. Ümumilikdə iki saata yaxın davam edən festivalda xüsusi hazırlanmış dekorasiya və səhnə, iştirakçıların əvəzsiz oyunu tamaşaçıları bir daha qəhrəmanlar dünyasına səyahətə aparıb. Festivalın keçirilməsində məqsəd gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb və döyüş tarixini gənclərə əyani olaraq çatdırmaqdır.