Şabran rayonu Qalaaltı kəndi istiqamətində yeni yol çəkilir
23 May 2016 11:37 Sosial"Azəravtoyol" ASC tərəfindən Şabran rayonun Qalaaltı kəndi istiqamətində yeni yol çəkilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, yeni yol Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-dən Qalaaltı kəndinə doğru salınır. Uzunluğu 14,4 kilometr olan yol 2-4 hərəkət zolaqlı olmaqla I və II texniki dərəcəyə uyğun inşa olunur. Layihəyə uyğun olaraq yol yatağının eni 15, 20,5 və 23 metr olacaq. Hərəkət zolaqlarının eni 3,75 metr, ayrıcı zolağın eni isə 1 m və 3,5 metr olacaq. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-Qalaaltı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində 4 ədəd yol ötürücüsünün tikintisi nəzərdə tutulub. Bu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 115-ci km-də yol qovşağı, mövcud su kəməri üzərində yol ötürücüsü, yolun 6,9 km-də mövcud Şimal İxrac Neft Boru kəməri üzərində yol ötürücüsü, və 11,2 km-də Siyəzən-Qalaaltı avtomobil yolunun üzərində yol qovşağıdır. Bundan başqa 2 ədəd 4 x 2.5 m və 2 x 2 m-lik düzbucaqlı dəmir-beton su keçidləri, həmçinin 9 ədəd d-1.25m dairəvi dəmir-beton suötürücü boruların tikintisi də nəzərdə tutulub.