Silahlı Qüvvələrin nümayəndələri beynəlxalq tədbirlərə qatılacaq

Mayın 23-dən 26-dək Almaniyanın Qarmiş-Partenkirxen şəhərində hərbi feldşerlik üzrə mübadilə proqram, mayın 23-dən 27-dək isə Türkiyənin Ankara şəhərində strateji kommunikasiya kursu təşkil olunacaq. "OLAYLAR"-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, həmin tarixdə Lativiyanın Riqa şəhərində isə "Hədəflərdən nəticələrə" mövzusunda konfrans keçiriləcək. Tədbirlərdə Si8lahlı Qüvvələrin nümayəndələri də iştirak edəcək. Nazirlikdən o da bildirilib ki, Bosniya və Herseqovinanın Sarayevo şəhərində "REGEX-16" kollektiv regional təliminin 5-ci planlaşdırma görüşündə də Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcək. Mayın 23-dən 28-dək olan müddətdə ABŞ-ın Norkfolk şəhərində NATO Müttəfiq Transformasiya Komandanlığında tərəfdaş ölkələrin hərbi nümayəndələri ilə transformasiya seminarı, mayın 25-dən 26-dək İtaliyanın Neapol şəhərində birgə fəaliyyət strategiyası forumu keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00